Türkiyə Superliqası:"Fənərbaxça" liderliyi ələ keçirdi VİDEO

01:02 - 30 Sentyabr 2013

"Sivasspor"dan möhtəşəm "comeback"
 
Türkiyə Superliqasında VI turun növbəti oyunları keçirilib.

Sportal.az xəbər verir ki, üçüncü oyun günüdə daha 4 qarşılaşma baş tutub.

"Trabzonspo" öz meydanında "konyaspor"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

"Elazığspor" - "Sivaspor" oyunu  məhsuldalığı ilə yadda qalıb. Belə ki, bu görüşdə qapılara 6 qol vurulub. Oyun sivaslıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Kasımpaşa" səfərdə "Eskişehirspor"a məğlub olub. - 0:2.

Günün ən maraqlı qarşılaşmasında isə "Fənərbaxça" "Gənclərbirliyi"nin qonağı olub və minimal hesabla qalib gəlib - 1:0. Bununlada "sarı lacivərdlilər" yenidən liderliyi ələ keçirib.

Qeyd edək ki, tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

 

“Trabzonspor” – “Konyaspor” - 2:0
Qollar:
 Mustafa Yunlu, 56 , 76 
“Elazığspor”- “Sivaspor” - 2:4
Qollar:
  Ahmet Görk, 50, Sane, 60  - Kosta, 4, Utaka, 17, Aatif, 75 , 90 
“Gənclərbirliyi” – “Fənərbaxça” - 0:1 
Qol:
 Kuyt, 60
“Kasımpaşa” – “Eskişehirspor” - 0:2 
Qollar:
 Angelo, 63, Kamara, 90

 

Xəbər xətti