"Bir neçə il biz bu çempionluğa doğru getmişik. Komandamızın uğur qazanması üçün əsl komanda kimi çalışmışıq. Bizim gözəl futbolçularımız, bacarıqlı məşqçilərimiz var. Biz Azərbaycan futboluna Qara Qarayev, Namiq Yusifov, Maksim Medvedevləri verdik. Heyətimizdə Reynaldo, Almeyda kimi futbolçular var. Admir Teliyə mən Admiral deyirəm. Qurban Qurbanov gözəl və güclü kollektiv yaradıb. “Neftçi” kimi, ardıcıl 3 il Azərbaycan çempionu olmaq istərdik. Çempionluq çox sevincli, qürurlu həm də məsuliyyətlidir. Avropada da davamı olmalıdır. Komandamızın Çempionlar Liqasında uğurlu çıxış etməsi üçün çalışacağıq".
Tahir Gözəl transferlərlə bağlı bütün səlahiyyətlərin baş məşqçi Qurban Qurbanova verildiyini bildirdi: "Baş məşqçimiz lazım bildiyi futbolçularla güclənməyə çalışacağıq. Avropa meydanlarında uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərə səslənmək istərdim. Son turdan sonra çempionluq kubokunu Ağdama aparmaq istəyirik. Bizimlə olmaq istəyən insanlar bizimlə gedəcək. Ağdamda olan azarkeşlər də sevinməlidir. Çempionluqda əməyi olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərə və bizə dəstək olan mediaya çox sağ ol deyirəm".