Türkiyə mətbuatı: "Azərbaycandan dəstək gəldi"

14:41 - 15 May 2014

PFL-in atdığ addım qardaş ölkədə alqışlandı
 
Türkiyənin Soma ilçəsindəki mədən qəzasında ən son məlumatlara görə, 274 nəfər dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, qardaş ölkədə 2 günlük matəm elan olunub, ölkədəki bayraqlar yarıya endirilib. İdman aləmində nəzərdə tutulan bütün müsabiqələr təxirə salınıb.

Faciə ilə bağlı dünən PFL-in sərgilədiyi münasibət Türkiyə mediasında da öz əksini tapıb. Fotomaç qəzeti "Yüreğimiz yanıyor" başlığı ilə yayımladığı xəbərdə qeyd olunub:

"AZERBAYCAN'DAN DESTEK GELDİ
Azerbaycan'da lig maçları 17 Mayıs'taki karşılaşmalarla sona erecek. Azerbaycan Futbol Federasyonu'nun aldığı kararla maçlar öncesi, Soma'daki faciada hayatını yitiren işçilerimiz için 1 dakikalık saygı duruşu yapılacak. Oyuncular da sahaya siyah bantla çıkacak".

Xəbər xətti