Reynaldo 14-cü oldu

16:12 - 15 May 2014

Avroliqanın bombardirləri arasında "Qarabağ"lı futbolçu
 
Dünən keçirilən "Sevilya" - "Benfika" oyunu ilə Avroliqada 2013/2014 mövsümünə yekun vuruldu.
 
Sportal.az xəbər verir ki, turnirin bombardiri Adrian Soriano olub. Avstriyanın "Zalsburq" klubunda çıxış edən futbolçu 11 dəfə rəqib qapısına yol tapıb. Onun ən yaxın izləyicisi isə 8 qolla “Trabzonspor”lu Paulo Enrike olub. Avroliqanın bombardirləri arasında “Qarabağ”ın hücumçusu, Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri olan Reynaldo da var. Braziliyalı futbolçu təsnifat mərhələsində vurduğu 5 qolla ən yaxşı bombardirlərin siyahısında 14-cü yeri tutub.

Xəbər xətti