"Qarabağ"da iki yeni müqavilə

00:18 - 16 May 2014

Albanlar komandada qaldı
 
Cari mövsümün çempionu Ağdamın “Qarabağ” klubu heyətdəki futbolçulardan daha ikisiylə müqaviləni yeniləyib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov  albaniyalı müdafiəçilər - Admir Teli və Ansi Aqollinin xidmətində yenə maraqlı olub. Hər iki futbolçuyla müqavilə müddəti gələn ilin iyun ayına kimi uzadılıb.
 
Qeyd edək ki, hər iki futbolçu Albaniya millisinin may ayndakı təlim-məşq toplanışına dəvət alıb.

Xəbər xətti