Premyer Liqanın 35-ci turda “Simurq” – “Xəzər Lənkəran” matçının 80-ci dəqiqəsində Orxan Sadıqlı zədələnərək meydanı tərk edib.
Sportal.az xəbər verir ki, gənc qolkiper həmin oyunda olduqca ciddi xəsarət alıb. Belə ki, bir epizodda cərimə meydançasına gələn ötürməni cəld tərpənərək dəf edib. Bu zaman “Simurq”un futbolçusu Salif Ballo sürüşmə fəndi edərək topa yetişmək istəsədə məhz Ballonun ayaqları qapıçının gicgahına tuş gəlib. 1 neçə dəqiqə yerdə qalan və başı qanayan qapıçı həkimlərin köməyi ilə xəstəxanaya qaldırılıb. Həkimin fikrinə görə, əgər həmin anda Orxan Sadıqlının başından qan açılmasaydı, qapıçı karyerasını erkən baş vurasıydı.
Sadıqlı saytımıza açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini və başında bir az ağrıların olduğunu bildirib. Lakin "Qarabağ"la matçı buraxacağı və bu oyunu tribunadan izləyəcəyini də bildirib.