"Bakı" mövsümün son məşqinə itki ilə çıxdı

15:44 - 16 May 2014

Komanda "Rəvan"la oyuna hazırdır
 
"Bakı" bu gün  2013/2014 mövsümünün son məşqini keçirib.

Sportal.az xəbər verir ki, saat 11:10-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib.

Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin futbolçuları bununla da hazırlığı başa vurub.

Qeyd edək ki, zədəsini müalicə etdirən Ruben Qonzales hazırlıqda iştirak etməyib.

Sabah isə "Bakı" mövsümün son oyununda, saat 17:00 da "Rəvan"la ilə qarşılaşacaq. Komanda bu görüşdən sonra iyunun 25-dək istirahətdə olacaq.

Xəbər xətti