Hafiz Məmmədovun komandası Fransa əsas liqasında

11:49 - 17 May 2014

"Lans" mövsümü qələbə ilə başa vurdu
 
"Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi "Lans" klubu Fransa ikinci liqasında mövsümün son matçına çıxıb.

Sportal.az xəbər verir ki, "Land of Fire Azerbaijan" formalı komanda 38-ci turda səfərdə "Bastiya" ilə qarşılaşıb. "Lans" autsayderlə görüşdə 2:0 hesabı ilə qalib gəlməklə turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və Fransanın yüksək liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Anton Kambuarenin komandası 2011-ci ildə ikinci liqaya düşmüşdü.

Xəbər xətti