Soma üçün Türkiyə derbisi oynanılacaq

12:01 - 17 May 2014

"Beşiktaş" və "Fənərbaxça" arasında xeyriyyə matçı
 
Türkiyənin Soma bölgəsindəki kömür mədənində həlk olanların ailələrinə dəstək üçün "Qalatasaray" və "Atletiko Madid" klubunun İzmirdə yoldaşlıq görüşü keçirəcəyini bildirmişdik.
 
Sportal.az xəbər verir ki, bir başqa böyük matç isə "Fənərbaxça" ilə "Beşiktaş" arasında oynanılacaq. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Oynanılacaq bu iki oyundan əldə olunan gəlir Somada həlak olanların ailələrinə kömək məqsədi ilə veriləcək. Qeyd edək ki, son məlumata görə, baş vermiş partlayışda 292 nəfər həlak olub.

Xəbər xətti