"Rednikin bu gün Azərbaycana gəlməsi xəbəri yalandır"

14:39 - 17 May 2014

"Xəzər Lənkəran" hələlik heç bir baş məşqçi ilə danışıqlara başlamayıb"
 
Adı "Xəzər Lənkəran"la hallanan rumıniyalı baş məşqçi Mirça Rednikin bu gün Azərbaycana gəlməsi ilə bağlı xəbərlər gəzir.
 
"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib:
 
"Rednikin bu gün Azərbaycana gəlməsi xəbəri yalandır. "Xəzər Lənkəran" klubu hələlik heç bir baş məşqçi ilə danışıqlara başlamayıb".

Xəbər xətti