"Rəvan" üçün üzülürəm, istərdim ki, Premyer Liqada qalsınlar"
Bu gün Premyer Liqanın 36-cı turunda "Bakı" səfərdə "Rəvan"ı məğlub edib.
Sportal.az xəbər verir ki, "Bakı"nn baş məşqçisi Milinko Pantiç qalibiyyət haqqında bunları deyib:
"Mövsümün son oyununu qələbə ilə başa vurduğumuz üçün şadam. “Rəvan” üçün üzülürəm, istərdim ki, Premyer Liqada qalsınlar. Onlara gələcəkdə uğurlar arzulayıram. Gənc futbolçumuz Tural Qürbətovun qol vurması məni sevindirdi. Ümid edirəm ki, gələcəkdə də bizə çox fayda verəcək. Heyətdəki bəzi futbolçularımız komandadan gedəcək. Əfran İsmayılovun bizimlə müqaviləsi davam edir"
saytlarin hazirlanmasi