Tərlan Əhmədov məğlubiyyətə şərh verdi

22:15 - 17 May 2014

"Vuran ayağımız yoxdur"
 
Premyer Liqanın 36-cı turunda AZAL "İnter"ə 3:1 hesabı ilə məğlub oldu.
 
Sportal.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyətə belə şərh verib:
 
"Mövsümün son oyununda bir neçə futbolçuya oynamaq şansı verdim. Xuan Fransisko və Orxan Səfiyaroğlunu sınadım. Hücumun kəsəri, vuran ayağımız yoxdur. Müdafiədə bəsit qollar buraxırıq. Yeni mövsümdən bir neçə gənc oyunçunu əsas heyətə cəlb edəcəyik. Baxışa bir neçə futbolçu cəlb edəcəyik. Onları toplanışın 3-cü dövründə, yoldaşlıq oyunlarında sınaycağıq"

Xəbər xətti