"Bakı" "Atletiko"nu da unutmadı

00:33 - 18 May 2014

Hafiz Məmmədov komandanı təbrik edir
 
“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi Madridin "Atletiko" klubu İspaniya çempionatının qalibi olub.


Sportal.az "Bakı" klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu gün İspaniya La Liqasında sonuncu- 38-ci turun oyunları baş tutub. “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsini formasında reklam edən Madrid “Atletiko”su səfərdə “Barselona” ilə qarşılaşıb. Gərgin mübarizəyə səhnə olan görüşdə əvvəlcə hesabı 34-cü dəqiqədə barselonalı Aleksis Sançes açıb. Ancaq ikinci yarının 49-cu dəqiqəsində “Atletiko”lu Dieqo Qodin “status-kvo”nu bərpa edib.


Bununla da “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi Madrid “Atletiko”su yekunda topladığı 90 xalla 2013/2014 mövsümünün İspaniya çempionu adını qazanıb.


Qeyd edək ki, Dieqo Simionenin komandası sonuncu dəfə bu uğura 1996-cı ildə imza atmışdır. Bu münasibətlə “Bakı” Futbol Klubunun rəhbərliyi, başda prezident Hafiz Məmmədov olmaqla “Atletiko”nu təbrik edir, Çempionlar Liqasının finalında onlara uğurlar arzulayır!


Eyni zamanda “Bakı” Futbol Klubu Madrid “Atletiko”su ilə əməkdaşlıqdan qürur hissi duyur və bu işbirliyinin uzunmüddətli olmasını arzulayır.

Xəbər xətti