Sportal.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
Qurum başçısı jurnalistlərə açıqlamasında "Rəvan"ın Pemyer Liqada qalması ilə bağlı verilən sualları belə cavablandırıb:
"Bugünkü reqlamentə görə, bəli, "Rəvan" Premyer Liqanı tərk etdi. Son turdan qabağ vitse-prezident Bəhruz Şirəliyevlə görü.ümüz oldu və o, bildirdi ki, biz çempionatda qalmasaq belə, həvəsdən düşməyəcəyik. Bundan əlavə Bəhruz müəllim bildirdi ki, Nuru Əliyev ("Rəvan"ın sahibi) bildirib ki, biz birinci diviziona düşsək belə, yenidən Premyer Liqaya yüksəlmək üçün oynayacağıq.
Mən 12 yox, 20 də olsa tərəfdayıram. Ancaq lisenziya məsələsi var. AFFA-nın Lisenziya komitəsi var. Əgər çempionata yüksək diqqət ayırsalar və sponsor tapsalar təbii ki, 12 komandanmın olmasının tərəfdarı olaram".