"Kəpəz" - "Bakılı" oyunu baş tutmayıb
I Divizionda mövsümün sonuncu 30-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Gəncədə keçirilməsi nəzərdə tutulan "Kəpəz" - "Bakılı" oyunu isə baş tutmayıb. Səbəb isə "Bakılı"nın oyuna getməməsi olub. Komandada problemlər son həddə çatıb. Bir müddət əvvəl baş məşqçisiz qalan klub indi isə futbolçularsız qalıb. Belə ki, maaşlarını ala bilməyən futbolçular Gəncə təmsilçisi ilə oyundan çıxmaqdan imtina edib.
saytlarin hazirlanmasi