"Qarabağ"ın futbolçusu: "Oyunlara azarkeşlik etməyə haradasa 50-dən çox məktəbli gəlir"

16:12 - 6 İyun 2014

"Ola bilər ki, kimsə mənim bu yolu seçdiyimə təəccüb edir"
 
“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corc komandanın ÇL-in təsnifat mərhələsində qarşıdakı çıxışı haqda Hollandiya mətbuatına danışıb.
 
Sportal.az Corcun fikirlərini diqqətinizə çatdırır:

“Biz görmüşük ki, bu komanda həqiqətən də yaxşı futbol oynaya bilər. Mən düşünürəm ki, “Qarabağ” Eradiviziyada yüksək yerlər uğrunda oynaya bilər.
Corc qeyd edib ki, Azərbaycan çempionatında bəzi məqamlar bəzən ona aydın olmur: “Elə günlər olur ki, harada eniş etdiyim mənə maraqlı gəlir. Burada elə komandalar var ki, bütün oyunçuları ilə top saxlamağa oynayırlar. Bununla yanaşı, oyunlara azarkeşlik etməyə haradasa 50-dən çox məktəbli gəlir...”

Hollandiyalı qeyd edib ki, məsələ avrokubok oyunlarına gəlincə, yerli komandaları tribunalardan daha çox adam dəstəkləyir: “Avrokuboklarda hər şey əksinə olur. Yaxşı rəqiblər gəlir və tribunalarda 20 min adam görmək olar”.

Corcun sözlərinə görə, o, ötən yay Azərbaycan klubunun xeyrinə etdiyi seçimlə təəccübə səbəb olduğunu bilir: “Ola bilər ki, kimsə mənim bu yolu seçdiyimə təəccüb edir. Xüsusilə də 27 yaşım olarkən. Yəqin ki, futbolçunun ən yaxşı illəridir. Ancaq ötən mövsümdən sonra mənimlə maraqlanan klublar elə də çox deyildi və o zaman siz macəra axtarırsınız”.

Xəbər xətti