Fransa millisində ciddi itki
Fransa milli komandası DÇ-2014-ün başlamasına altıgün qalmış ciddi itkiyə məruz qalıb.
Sportal.az xəbər verir ki, "Bavariya”nınyarımmüdafiəçisi və millinin lideri Frank Riberinin adı DÇ-2014-ə sifariş olunan 23 nəfərlik siyahıdan çıxarılıb. Buna Riberinin bir neçə həftə əvvəl belindən aldığı zədənin sağalmaması səbəb olub. Bundan başqa, baş məşqçi Didye Deşam zədəsi olan “Lion”un yarımmüdafiəçisi Kleman Qrenyeri də heyətdən xaric edib.
Onların əvəzinə heyətə Remi Kabelya ("Monpelye") və Morqan Şneyderlin ("Sauthempton") daxil edilib.
saytlarin hazirlanmasi