"Bursaspor" yenidən Avroliqada
UEFA “Fənərbağça”dan sonra Türkiyənin daha 2 klubuna sanksiya tətbiq edib.
Sportal.az xəbər verir ki, danışılmış oyunlarla bağlı işi UEFA İntizam Komitəsində olan “Sivasspor” və “Eskişehirspor” avrokuboklardan 1 il müddətinə kənarlaşdırılıblar. Hər iki komanda 10 gün ərzində Apelyasiya Məhkəməsinə müraciət edə bilər. Əgər Apelyasiya Məhkəməsi də bu qərarı təsdiqləsə, bu komandaların yerinə Avropa Liqasına “Karabükspor”la “Bursaspor” yollanacaq.
saytlarin hazirlanmasi