AFFA cəzalandırıldığı komandanı ölkə birinciliyinə buraxdı

02:38 - 7 İyun 2014

"Binə" mübarizəsini davam etdirəcək
 
Həvəskarlardan ibarət  “Binə” Futbol Klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək 28 may 2014-cü il tarixdə Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda baş vermiş insidentlə bağlı olaraq AFFA İntizam Komirəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda qeyd edilmiş qərarlara yenidən baxılmasını xahiş edib.
 
Sportal.az xəbər verir ki, Apellyasiya və Ekspert Komitəsi insidentin daha ətraflı araşdırılması üçün İntizam Komitəsinə məktub ünvanlayıb.

28 may 2014-cü il tarixində Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda baş vermiş insident AFFA İntizam Komitəsi tərəfindən yenidən araşdırılıb və yuxarıda qeyd edilənlər nəzərə alınaraq qərara alınıb:
 
1. AFFA İntizam Komitəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda göstərilən qərarlar qüvvədə saxlanılsın.

2. Yuxarıda qeyd olunan insidentin Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyində baş verməsini nəzərə alınaraq “Binə” komandasına AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarında çıxışını davam etdirməsinə icazə verilsin.

Xəbər xətti