"Qalatasaray" üçün ən ideal variant
"Xəzər Lənkəran"dan ayrılan Mustafa Dənizli "Qalatasaray"ı çalışdıra bilər. Hazırda İstanbul təmsilçisinin baş məşqçisi Roberto Mançinidir. Lakin onun gələcəyi sual altındadır.
Sportal.az xəbər verir ki, italyan mütəxəssis 15 iyuna qədər komandadan ayrıla bilər. Belə olan halda isə alternativ Mustafa Dənizlidir. Mütəxəssisin parlaq CV-si , liderlik keyfiyyəti onu əsas namizəd edir. Klub rəhbərliyi də məhz ona etimad göstərəcəyini vurğulayıb.
saytlarin hazirlanmasi