Belə ki, baş məşqçi Qurban Qurbanov Tərlan Quliyevi komandasında görmək istəyir. "Qarabağ" artıq "Neftçi" ilə rəsmi danışıqlara başlayıb. Ağdam klubu paytaxt təmsilçisi ilə transfer haqqını razılaşdırmağa çalışır. Keçid yaxın günlərdə rəsmiləşə bilər.
Qeyd edək ki, Tərlan Quliyev "Neftçi"nin yetirməsidi. 2011/12 mövsümündə "Sumqayıt"a icarəyə verilmiş 22 yaşlı müdafiəçi başa çatan mövsümdə 17 rəsmi oyuna çıxıb və 1209 dəqiqə oynayıb.