"Özümüzü buralarda isbatlamışıq"
"Xəzər Lənkəran"dan ayrıldıqdan sonra adı "Qalatasaray"la hallanana Mustafa Dənizli sükutu pozub.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis "Mənim bu dünyaya ayaq basdığım camiyədən söhbət gedir. Mənim iki klubum var, biri "Altay”, digəri "Qalatasaray”. "Qalatasaray”da 8 il keçirmişəm. Özümüzü buralarda isbatlamışıq. Əlbəttə ki, "Qalatasaray” mənim üçün çox önəmlidir. Görək necə olacaq” - deyib.
"BUGUN"-e danışan Dənizli hələ ki, ona rəsmi təklif gəlmədiyini bildirib.
Qeyd edək ki, "Qalatasaray" baş məşqçi məsələsinə ayın 15-də aydınlıq gətirəcək.
saytlarin hazirlanmasi