"Xəzər Lənkəran" yeni müqavilə təklif etməsə, doğma vətəninə qayıdır
13:11 - 11 İyun 2014
Pit cənub təmsilçisindən ayrıla bilər
"Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pit karyerasını vətənində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Pit Klujun “Universitatya” klubuna keçə bilər.
Artıq klub təmsilçiləri Pitə təklif ediblər. Pit bu təklifə hələ ki, cavab verməyib. Buna səbəb, onun "Xəzər Lənkəran"la yeni müqavilə imzalamaq şansı olmasıdır.