DÇ-2014-də iştirak edən komandaya 36 sponspor

15:01 - 11 İyun 2014

 Ən az sponsora İran malikdir
 
Dünya Çempionatında mübarizə aparacaq komandalar arasında ən çox sponsora  (36 )  Kosta Rika,ən az sponsora  (3 ) isə İran sahibdir.

Sportal.az xəbər verir ki,Kosta Rika ən çox sponsoru olan ölkədir.

"Sports Sponsorship İnsider"in araşdırmasına görə,mundialda ən çox sponsora məhz bu komanda malikdir. Şimali Amerika təmsilçisinin 36 sponsoru var.Digər komandaların ortalama sponsor rəqəmi 13,İranın isə 3-dür.

Telekomunikasiya şirkətləri 25 sponsorluqla demək olar ki,bütün komandalarla və yaxud federasiyalarla əməkdaşlıq edirlər.Bununla bərabər avtomobil şirkətləri və bankçılıq 24 ədəd təşkil edir.Birja 19,sığorta şirkətləri və hava yolları 15,elektronika 13,digər içkilər isə 12 sponsorluq verib.

İdman malları istehsalçıları arasındakı rəqabət Dünya Çempionatına da təsir etmiş vəziyyətdədir."Nike" firması 10,"Puma" 9,"Adidas" isə 8 komanda ilə mundiala gələnlərin 84 faizini tutub. 
 

Xəbər xətti