Siyahıda kimlər var?
"Qalatasaray"da yeni baş məşqçi vəzifəsinə namizədlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu gün Roberto Mançininin istefa verdiyi baş məşqçi vəzifəsinə əsas namizəd "Şaxtyor"un çalışdırıcısı Mirça Luçeskudur. İstanbul klubunun prezidenti Ünal Aysal da rumıniyalı mütəxəssisin "Cim-Bom"da işləməsini çox istədiyini deyib. Ancaq o, M.Luçeskunun Donetsk təmsilçisi ilə müqaviləsinin davam etdiyini və bunun problem ola biləcəyini vurğulayıb. İkinci namizədin isə "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mustafa Dənizli olduğu bildirilir.
"Qalatasaray"ın vitse-prezidenti Özkan Olcay da türk mütəxəssisin namizədlər arasında olduğunu təsdiqləyib. Digər namizədlərin isə Erik Qerets və Martin Yol olduğu iddia edilir.
saytlarin hazirlanmasi