6 komanda mübarizə aparacaq
Bu gün 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş azyaşlılar arasında VIII ənənəvi futbol turniri keçiriləcək.
Sportal.az xəbər verir ki, "Qranit AS" turizm şirkətinin təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 komandanın iştirakı nəzərdə tutulur. Bunlar, "Neftçi PFK", "Neftçi" İSM, "Rəvan", "İnter", "Qarabağ" və "Vətən" klublarıdır. 13 yaşlılar arasında olacaq turnir bu gün saat 11:00-da köhnə "Neftçibaza"da start götürəcək.
Qeyd edək ki, iki qrupdan ibarət olacaq yarışda qrup birinciləri birbaşa finala yüksələcəklər.
saytlarin hazirlanmasi