Braziliyada 3 milyona yaxın bilet satılıb

01:17 - 12 İyun 2014

15 oyuna bilet almaq olar
 
Braziliyada DÇ-2014 üçün 2 milyon 900 min bilet satılıb.

Sportal.az xəbər verir ki, oyunun başlanmağına bir gün qalmış 15 oyuna biletləri hələ də almaq olar. Bu oyunlar arasında Almaniya, İtaliya, Fransa yığmalarının oyunları da var.

FİFA-ya bilet üçün ümumilikdə 11 milyon müraciət olunub. 2,2 milyon bilet birbaşa FİFA.com saytı vasitəsilə satılıb. Biletlərin 60 faizi braziliyalılara çatıb. Vətəndaşları ən çox bilet alan ikinci ölkə ABŞ-dır: 197 min.

İyunun 12-də Dünya Kubokunun açılış oyunu olan Braziliya-Xorvatiya oyununa 61 min biletdən cəmi 25 mini adi qaydada satışa çıxarılıb, 36 min bilet sponsorlara və yerli təşkilatçılara verilib və onlar da istədikləri kimi bu biletləri paylayıblar.

Xəbər xətti