Sabiq "Xəzər Lənkəran"lı DÇ-2014-də ilk oyununa çıxdı

00:14 - 21 İyun 2014

Brenes komandasına kömək etdi
 
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Rendall Brenes "DÇ-2014"də ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Kosta-Rika millisinin şərəfini qoruyan 30 yaşlı hücumçu İtaliya ilə matçda (1:0) görüşün 81-ci dəqiqəsində meydana daxil olub. O, qarşılaşmada yeganə qolun müəllifi Bryan Ruizi əvəzləyib.

Qeyd edək ki, R.Brenes 2011/2012 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib.

Xəbər xətti