Futbolçu qeyri-dəqiqlikdə birinci olub
Fransa millisinin hücumçusu Kərim Benzema İsveçrənin qapısına təyin edilən penaltini vura bilməyib.
Sportal.az xəbər verir ki, o, Braziliyada keçirilən dünya çempionatında 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk futbolçu olub. Penalti matçın 32-ci dəqiqəsində təyin olunub. Benzema güclü zərbə vursa da, isveçrəlilərin qapıçısı Dieqo Benalyo topun istiqamətini düzgün müəyyən edib və qola imkan verməyib.
saytlarin hazirlanmasi