Rakitiç:"Sevilya"dan ayrıldığım üçün çox məyusam"

20:50 - 22 İyun 2014

"Barselona"nın yeni futbolçusu mətbuata açıqlaa verib
 
 
Xorvatiya millisinin üzvü Meksika ilə oyundan və yeni klubundan danışıb.
 
Sportal.az xəbər verir ki, xorvat futbolçu Meksika ilə oyun öncəsi mətbuata maraqlı açıqlamalar verib. 1 həftə öncə 20 milyon avro qarşılığında "Barselona"ya transfer olunun Rakitiç açıqlamada bunları deilə gətirib:
 
""Sevilya" mənim üçün doğmadır. Orada məni sevirlər."Barselona"ya transfer müddətində "Sevilya"nı məmnun bıraxdığım üçün çox sevinirəm. Oradan ayrıldığım üçün məyus oldum. "Sevilya"da keçirdiyim 3 mövsüm ərzində evləndim və qızım oldu. Bu 3 il çox gözəl keçdi". 
 
Qeyd edək ki, 26 yaşlı İvan Rakitiç "Sevilya" forması ilə çıxdığı 149 oyunda 32 qol vurub və UEFA Avropa Liqasının qalibi olub.

Xəbər xətti