"Qarabağ" ilk məşqinə çıxdı, "Şaxtyor"la oyunu gözləyir

12:20 - 23 İyun 2014

Məşqdə yalnız kapitan iştirak etmədi
 
“Qarabağ" Avstriyada ilk məşqinə çıxdı.
 
Sportal.az xəbər verir ki, dünən səhər ölkəni tərk edərək təlim-məşq toplanışına yollanan komanda məskunlaşdığı otelə çatar-çatmaz ilk məşqinə çıxıb. "Sonneck" otelinin 200 metr aralıda yerləşən meydançasına komandamız yerli vaxtla 19:00-da (Bakı vaxtıyla 22:00) yollandı. Öncə baş məşqçi Qurban Qurbanov futbolçularqarşısındaqısaca çıxış etdi. Çalışdırıcı hazırlıqdan maksimum yararlanmaq gərəkdiyini ifadə etdi.

Komanda hazırlığı təxminən 90 dəqiqə davam etdi. Öncə yüngül isinmə hərəkətlərinin ardından 3 qrupa bölünən komanda `kvadrat` oynadı. Ardınca 2 qrupa bölünən komanda fərqli sayda toxunuşlarla 2 tərəfli oyun keçirdi. Sonda isə yüngül qaçışla məşq başa çatdı.

Məşqdə sadəcə zədəli Rəşad Sadıqov iştirak etmədi. Kapitan fizioterapaevt nəzarətində müəyyən təmrinlər yerinə yetirdi. Qeyd edək ki, komanda bu gün Ukrayna çempionu "Şaxtyor"la yoxlama oyununa çıxacaq. Oyunun başlama saatı yerli vaxtla 16:00-a təyin olunub.

 

Xəbər xətti