Mundial ilə erkən vidalaşan İspaniya millisi son oyununa çıxır
Üçüncü qarşılaşmada rəib Avstraliya yığması olacaq.
Sportal.az xəbər verir ki, keçirdiyi hər iki oyunda məğlub olan ispanlar sonuncu oyunda qələbə qazanmaqla özlərində təssəllü qazandırmaq istəyirlər.
Komandanın əsas üzvlərindən olan Andres İnyesta bu oyunda 100-cü qarşılaşmasına çıxacaq. Bu İspaniya tarixində 9-cu belə hal olacaq.
İspaniya millisinin heyətində ən çox oyun keçirən futbolçuisə "Real Madrid"in qapıçısı İker Kasiliyasdır. Kasiliyas millinin heyətində 156 dəfə rəsmi oyunlara çıxıb.
"Barselona"nın ulduzu İnyesta millidə qol vurduğu oyunda hələki məğlub olmayıb.
Onun karyerasında isə ən çox sevindiyi qol 2010-cu ildə dünya çempionatının finalında son dəqiqələrdə Hollandiya millsinin qapısına vurduğu qələbə qolu olmuşdur.
saytlarin hazirlanmasi