Azərbaycan klubunda daxili iclas baş tutdu

00:20 - 24 İyun 2014

"Hədəf yenidən Premyer Liqaya qayıtmaqdır"
 
2014/15 mövsümündə I divizionda mübarizə aparacaq "Rəvan”da klubdaxili toplantı keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda klubun İdarə Heyətinin üzvü İlqar Axundov, idman direktoru Füzuli Əliyev, məşqçilər korpusunda yer alan şəxslər və texniki heyətin üzvləri iştirak ediblər.


Yığıncağı giriş sözü ilə açan F.Əliyev növbəti mövsümə hazırlıq planını açıqlamaqla yanaşı, komandanın qarşısına elitaya vəsiqə qazanmaq tapşırığı qoyulduğunu bir daha diqqətə çatdırıb.

Toplantıda komanda üzvlərinin hər birinə ayrılıqda söz verilərək, cavabdeh olduqları sahə ilə bağlı rəy və təklifləri dinlənilib.

İ.Axundov "Rəvan”nın yeni mövsümdə qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməsi üçün klub rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını qeyd etməklə yanaşı, hər hansı çatışmazlığın da dərhal aradan qaldırılacağını ifadə edib.

Sonda komandanın baş məşqçisi R.Əliyev məşqçilər korpusuna göstərilən etimada görə klub rəhbərliyinə təşəkkürünü bildirib və "Rəvan”nın Premyer Liqaya vəsiqə qazanması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Qeyd edək ki, "Rəvan” FK yeni mövsümün hazırlığına dünən başlayıb.

Xəbər xətti