Yeni mövsümün hazırlığına rəsmən start verildi
AZAL yeni mövsümə hazırlığa rəsmən start verib.
Sportal.az xəbər verir ki, komanda dünən “AZAL Arena”da keçirilən və təxminən 2 saat davam edən səhər məşqi ilə 2014/15 mövsümünün hazırlıqlarına başlayıb. Məşqdə komandanın bütün üzvləri – həm yerlilər, həm də legionerlər iştirak edib. Yalnız Con Oluremi icazəli olduğundan hazırlığın ilk günündə çalışmayıb. Con bu gündən Tərlan Əhmədovun sərəncamında olacaq.
saytlarin hazirlanmasi