DÇ-2014-də 1/8 final mərhələsinin ilk cütlükləri

08:13 - 24 İyun 2014

A və B qrupunda matçlar başa çatdı
 
Braziliyada təşkil olunan 20-ci dünya çempionatında 1/8 finalın ilk cütlükləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, A və B qrupunda bütün matçlar başa çatıb.

Qeydə alınan nəticələrə görə, A qrupunda Braziliya və Meksika, B qrupunda isə Hollandiya və Çili yığmaları 1/8 finalda mübarizəni davam etdirəcəklər. Bu mərhələdə Braziliya Çili, Hollandiya isə Meksika yığması ilə üz-üzə gələcək.
 
Xatırladaq ki, A qrupunda Xorvatiya və Kamerun, B qrupunda isə İspaniya və Avstraliya mundialla vidalaşmalı olub.

Xəbər xətti