Azərbaycanlı futbolçu gecə klubunda dava saldı

16:56 - 24 İyun 2014

Əliyev silahla hədələyib
 
Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi Aleksandr Əliyev qalmaqal törədib.
 
Sportal.az xəbər verir ki, Kiyevdəki gecə klublarından birində əylənən Əliyev, daha sonra orada dava salıb. Bununla da kifayətlənməyən futbolçu istirahət edən digər şəxsləri silahla hədələyib. Yekunda mühafizəçilər çətinliklə də olsa, Əliyevi gecə klubundan uzaqlaşdırıblar.

Xəbər xətti