BBC-nin əməkdaşı komandanın toplanışında
Azərbaycan çempionu "Qarabağ" daim diqqət mərkəzindədir. Məxsus olduğu rayonun işğal olunması fonunda klubun illərdi "ayaqda qalması", uğurlar qazanması olduqca təəccüblü qarşılanır.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın bugünlərdə Böyük Britaniyadan qonağı vardı. BBC-nin əməkdaşı Steve Menary klubdan reportaj hazırlamaq üçün komandanın düşərgəsinə təşrif buyurub. Menary eyni zamanda dünyada futboldan bəhs edən ilk nəşr olan "World Soccer"lə də əməkdaşlıq edir. 1 milyondan çox məcburi köçkünü olan klubun 20 ildən çox hansı şərtlərlə yaşaması, strategiyasıyla maraqlanan Menary komanda üzvlərindən müsahibə alıb. Qarabağ probleminin "Qarabağ"la inteqrasiyasını araşdıran ingilis jurnalist xüsusilə klubun heyətində əcnəbilərlə danışıb, fikir mübadiləsi aparıb.
saytlarin hazirlanmasi