Futbolçu cənub klubunu üstün tutdu
Bolqarıstanın "Slaviya" klubunun sabiq yarımmüdafiəçisi Qalin İvanov "Xəzər Lənkəran"a keçməyə yaxındı.
Sportal.az Sportal.bg-yə istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya "Levski"dən də təklif gəlib. Lakin o, daha sərfəli şərtlər irəli sürən "Xəzər Lənkəran"a keçməkdə maraqlıdı. Verilən məlumata görə, İvanov artıq dünən axşam cənubluların Türkiyədəki düşərgəsinə yollanıb. Orada baxışda olacaq futbolçu özünü yaxşı tərəfdən göstərəcəyi halda, onunla müqavilə imzalanacaq.
saytlarin hazirlanmasi