"Qalatasaray"ın sabiq üzvü Danimarkaya üz tutdu FOTO

19:01 - 25 İyun 2014

Elmanderin yeni komandası məlum oldu
 
“Qalatsaray”la müqaviləsi başa çatan Yohan Elmander özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, ötən mövsümü icarə əsasında “Norviç”də çıxış edən içveçli futbolçu artıq Danimarka təmsilçisi “Bröndbü” ilə razılığa gəlib. “Qalatasaray”ın heyətində 52 oyuna çıxan  İsveç millisinin hüçumcusu rəqib qapılarına 16 dəfə yol tapıb. “Bröndbü” komandası ilə iki illik müqavilə bağlayan Elmander üçün ötn mövsüm elə də uğurlu olmayıb. Belə ki, isveçli forvard “Norviç”də 28 oyun keçirmış yalnız bir dəfə fərqlənə bilib.             

Xəbər xətti