Buna Qana Futbol Federasiyasının (QFF) yığmanın futbolçularına verdiyi sözü yerinə yetirməməsi səbəb olub
Turnirdən əvvəl qurum dünya çempionatında iştirak etdikləri üçün yarışın gedişatı zamanı yığmanın hər bir futbolçusuna 75 min dollar mükafat ödəyəcəyini bildirib.
Sportal.az xəbər verir ki, futbolçular qrupda iki oyunun arxada qalmasına baxmayaraq, QFF-nin vədini yerinə yetirmədiyini bildirib.Bu səbəbdən onlar federasiyanı Portuqaliya ilə son matça çıxmayacaqları ilə hədələyiblər.
Qeyd edək ki, Qana millisi G qrupunda hazırda bir xalla üçüncü pillədədir. Komanda Portuqaliyanı məğlub edəcəyi təqdirdə, 1/8 finala vəsiqə qazana bilər.
Qana - Portuqaliya qarşılaşması iyunun 26-da keçiriləcək.
saytlarin hazirlanmasi