Sportal.az xəbər verir ki, "Fənərbaxça"nın sabiq kapitanı türk futbolunun artıq əmin-amanlığa ehtiyacı olduğunu bildirib: "Türk futbolunun artıq sakitçiliyə, əmin-amanlığa ehtiyacı var. Bundan sonrakı dönəmdə tək ümidim bütün klubların əmin-amanlıq içində futbol oynamalarıdır. Əziz Yıldırım və digər şəxslərlə bağlı mövzuların bağlanması, onların artıq tamamilə türk futboluna xidmət etmələri ən böyük arzumuzdur. Ən qısa zamanda hər şeyin düzəldiyi və Türkiyədə yalnız futbolun danışıldığı mühiti həsrətlə gözləyirik. Kim bilir, bəlkə də bir gün hər zaman qəlbimizdə olan "Fənərbaxça"nı çalışdırdım".
Qeyd edək ki, O.Çətin hələlik Türkiyəyə qayıtmağı düşünmədiyini və bütün diqqətini "Xəzər Lənkəran"la çempionluq yaşamaq istədiyini və hazırda da bunun üçün maksimum çalışdıqlarını bildirib.