"Qarabağ"ın yeni braziliyalısı zədələndi, kapitanın son durumu necədir?

00:18 - 26 İyun 2014

Komanda hazırlıqlarını davam etdirir
 
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
 
Sportal.az xəbər verir ki, hazırlığın növbəti günündə komandamızın tək məşqi vardı. "Qarabağ" məşqə yerli vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30) yollandı. Komandanın hazırlığı 100 dəqiqə davam etdi.

"Qarabağ" bu məşqi fiziki hazırlığın təkmilləşməsi üzərinə qurulmuşdu. Yüngül isinmə hərəkətlərinin ardından meydanboyu qurulmuş məneələri dəf edərək qapıya zərbələr üzərində çalışıldı. Olduqca yüksək tempdə davam edən çalışma yüngül qaçışla başa çatdı.

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışdı. `Şaxtyor`la oyunda yüngül zədə alan yeni transfer Danilo Dias da kollektiv çalışmalarda iştirak etmədi. Amma braziliyalının zədəsi ciddi deyil.

Xəbər xətti