Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu karyerasını Almaniyanın “Svaybrukken” klubunda davam etdirəcək.
Bu komanda Regionalliqanın Cənub-Qərb zonasında çıxış edir. Bunadək də eyni zonada çıxış edən “Kayzerslautern-2”nin şərəfini qoruyan Rüfət komandasını dəyişməklə daha çox oyun praktikası qazanmaq niyyətindədir.