"Qalatasaray" "Real"ın ulduzuna elçi düşüb

15:51 - 2 İyul 2014

Türkiyə klubu yeni transfer hədəfini açıqlayıb
 
İstanbul təmsilçisi hollandiyalı futbolçu Sneyderin yerini argentinalı “sürət maşını” Anxel Di Mariya ilə doldurmağı planlaşdırır.
 
 
Sportal.az xəbər verir ki, klubun İdarə Heyətinin toplantısında qərara alınıb ki, 30 yaşlı Sneyderi sataraq onun yerinə 26 yaşlı Di Mariya alınsın. Sneyder ilə hazırda İngiltərənin “Mançester Yunayted” və Fransanın “Monako” klubları maraqlanır. 
 
“Qalatasaray” hollandiyalı futbolçunu bu klublardan birinə 26 milyon avroya satmaq niyyətindədir. Onun yerinə isə İspaniyanın “Real Madrid” klubunun oyunçusu Di Mariyanı transfer etməyi hədəfə alıb.
 
Nəzərinizə çatdıraq ki, “Real Madrid”in Di Mariyanın yerinə kolumbiyalı futbolçu Ceyms Rodriqezi transfer etmək istədiyi bildirilir.hollandiyalı futbolçu Sneyderin yerini argentinalı “sürət maşını” Anxel Di Mariya ilə doldurmağı planlaşdırır

Xəbər xətti