Donets "Şaxtyor"u (Ukrayna) və Rusiya "Krasnodar"ına müvafiq olaraq 0:2 və 0:1 hesabıyla uduzan Qurban Qurbanovun yetirmələri ötən gn Almaniyanın "Vakker Burqhauzen" komandasına 2:0 hesabıyla qalib gəldi.
"Qarabağ" növbəti rəqibi "Viktoriya" (Plzen, Çexiya) ilə ayın 4-də qarşılaşacaq. Oyun Azərbaycan vaxtıyla 20:00-da başlayacaq.
Ağdamlıların sonuncu rəqibi isə Almaniya təmsilçisi olacaq. İyulun 8-də komanda "Sonnenhof Qrossaşpax" ilə qarşılaşacaq. Oyunun başlama saatı ölkəmizdə 21:00-a təsadüf edəcək.