"Qarabağ" "Viktoriya" ilə qarşılaşacaq

20:00 - 2 İyul 2014

"Qarabağ" daha bir yoxlama oyunu keçirəcək
 
 
Klub 4-cü oyunda Çexiyanın "Viktoriya Plzen" klubu ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, bu oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq. Ağdam təmsilçisi bu oyundan sonra Çexiya çempionu "Sparta Praqa" klubu ilə qarşılaşacaq. Sonuncu yoxlama oyunu isə Almaniyanın "Zonnenhof Qrossaşpax" klubuna qarşı olacaq. 
 
Qeyd edək ki, klubumuz Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Malta çempionu "Valletta" ilə qarşılaşacaq. İlk oyun Maltada keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyun 21:30-da start götürəcək.

Xəbər xətti