"Qalatasaray"dan dəvət gəlib, ancaq hələ cavab verməyə tələsmirəm"

16:28 - 3 İyul 2014

Türkiyə klubu italiyalı mütəxəssisin ilinə 5 milyon avro verir

 

DÇ-2014-də İtaliya millisinin qrup səddini keçməməsi çoxları üçün gözlənilməz oldu.

 

Sportal.az xəbər verir ki, mundialdakı fiasko Çezare Prandellinin baş məşqçi postundan gedişi ilə nəticələndi. 56 yaşlı məşqçi mundialda uğursuzluğa düçar olsa da, ona gələn təkliflər yetərlidir. “Qalatasaray” rəhbərliyinin bu mütəxəssisə təklif göndərməsi də ona ehtiyac olduğunu bir daha göstərir.Prandelli mətbuata verdiyi açıqlamada yorğun olduğunu bildirib:

 

“Dünya çempionatı bizim üçün uğursuz keçdi. Açığı, indi işləməyə o qədər həvəs də qaımayıb. Özümdə güc tapıb yenidən ayağa qalxmağım üçün mənə vaxt lazımdır. Yenidən enerji yığmaq üçün yaxşı istirahət etməliyəm. “Qalatasaray”dan dəvət gəlib, ancaq hələ cavab verməyə tələsmirəm. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək”.

 

Yeri gəlmişkən, “Qalatasaray”  italiyalı mütəxəssisin ilinə 5 milyon avro verir.      

Xəbər xətti