Komanda hazırlıqlarını davam etdirir
“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. İyulun 6-sında "Viktoriya Plzen"lə qarşılaşan komanda dünən axşam bir məşqlə kifayətləndi.
Sportal.az xəbər verir ki, bugün komanda səhər saatlarında fitnesə yollanmaq məşq prosesinə start verdi. Komandanın axşam məşqi yerli vaxtla 18:00-da (Azərbaycan vaxtıyla 21:00) baş tutacaq. Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununa çıxan komanda sonuncu hazırlıq matçı ərəfəsindədir. "Köhlən atlar" İyulun 8-də yerli vaxtla 18:00-da Almaniya təmsilçisi `SG Sonnenhof Großaspach`la (Qrossaşpax) qarşılaşacaq.
saytlarin hazirlanmasi