"Qarabağ"ı sevindirən xəbər: Kapitan başladı

11:14 - 7 İyul 2014

Sadıqov komandaya qoşulub
 
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov nəhayət ki, komandayla birgə kollektiv məşqlərə başlayıb.

Sportal.az xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən millimizin üzvü hazırda özünü yaxşı hiss edir. Lakin Sadıqov tam hazır vəziyyətdə deyil.

Məhz buna görə də, təcrübəli müdafiəçi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Valletta”ya qarşı ilk matçda meydana çıxma ehtimalı azdı. Lakin onun cavab matçında komandaya kömək edə biləcəyi bildirilir.

 

Xəbər xətti