"Öncədən burda (Avstriyada) 5 oyun keçirməyi planlaşdırırdıq. İlk 2 oyunda məğlub olsaq da sonradan qələbələr qazandıq. İlk oyunlarda hazırlığa yeni başlamışdıq. Sonradan tədricən proqramımıza uyğun çalışmalaramızı yerinə yetirdik. Ümumi götürdükdə oyunlardan razı qaldım. Düzdü, belə tipli oyunlarda hesab bir o qədər əhəmiyyət kəsb etmir. Amma futbolçuların əzmindən razı qaldım. 1-2 xırda problemi nəzərə almasaq, hazırlıqdan narazılığım yoxdu. İndi qarşıdan "Valletta" ilə oyun gəlir. Matça qədər hardasa 1 həftə vaxtımız var. İndi diqqətimizi bu qarşılaşamanın hazırlığına yönəldəcəyik”.